Məktəblərdə iş dəftərləri ödənişsiz ola bilər

Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:

“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.