Medvedevdən bədbin proqnoz

Cari il göstərdi ki, Rusiya ilə Qərb arasında normal münasibətlər yaxın illərdə qeyri-mümkündür.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev deyib.

“Bu bizim seçimimiz deyil. İndi onlarsız da keçinəcəyik və bu, hakimiyyətə yeni nəsil ağıllı siyasətçilər gələnə qədər davam edəcək. Rusiyanın Qərblə danışacaq heç nəyi yoxdur”, – o bildirib.

Medvedev Rusiyanın düşmənlərinin zərər görəcəyini qeyd edib.

Malik
Globalinfo.az