Mask xəbərdarlıq etdi: “Əks halda…”

Amerikalı iş adamı, “SpaceX”in təsisçisi İlon Mask ölkənin dövlət borcu ilə bağlı problemin həll olunmayacağı təqdirdə ABŞ dollarının dəyərini tamamilə itirəcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.

“Biz dövlət borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərini tamamilə itirəcək”, – Mask bildirib.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Valyuta Fondunun Büdcə məsələləri üzrə Departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması dünyada yan təsirlərə səbəb olur.