1730869418

Amerikalı milyarder İlon Mask sosial şəbəkədə ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədləri açıqlamaqdan imtina etdiyinə görə sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “interfaks” məlumat yayıb.

Tramp Epşteyn işi ilə bağlı sənədləri açıqlamaqdan imtina edərsə, insanlar ona necə etibar edə bilər?” – deyə Mask paylaşımında bildirib.

Maskın bu reaksiyası iyulun 7-də Epşteyn işi ilə bağlı yeni məlumatların yayımlanmasından sonra baş verib. O, ABŞ hökumətini şəffaf olmamaqda tənqid edib və bununla da Trampla aralarındakı köhnə mübahisəni yenidən alovlandırıb.

Xatırladaq ki, daha əvvəl də Mask və Tramp arasında gərginlik yaşanmışdı. Həmin vaxt İlon Mask, Trampı Epşteynin məşhur “pedofil adasında” yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq işində əli olmaqda ittiham etmişdi.

Tahir Turan

Globalinfo.az

Paylaş: