Mask Trampa gizli yardım etdi – FOTO

ABŞ Prezidenti Co Baydeni getdikcə daha çox tənqid edən milyarder İlon Mask onun rəqibi, Ağ evin keçmiş rəhbəri Donald Trampın seçilməsinə nail olmaq üçün çalışan siyasi qrupa ianə edib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Bloomberg” agentliyi çıxış edib.

Agentliyin hesabatında İlon Maskın nə qədər ianə verdiyi dəqiq göstərilmir, lakin “America PAC” qrupuna verilən “böyük” məbləğdən bəhs edilir. Məqalənin müəllifləri qeyd edirlər ki, “America PAC” siyasi fəaliyyətlər üçün qeyri-məhdud ianələr ala bilər, lakin iyulun 15-dək donorlarının siyahısını açıqlamalıdır.

Əvvəllər Mask siyasi kampaniyalara sponsorluq etdiyini inkar edirdi. Milyarder bir sıra dünya agentliklərinin bu mövzuya yeni şərh vermək istəyini cavablandırmayıb.

“America PAC” qrupu Tramp üçün “pərdə arxasında” fəaliyyət göstərir. “Bloomberg” yazır ki, seçiciləri cəlb etmək üçün ən intensiv kampaniya və seçkilərin nəticəsini daha çox müəyyən edən əsas ştatlarda genişmiqyaslı iş aparılır.