Mask elan etdi: Korlar görə biləcək!

Amerikalı milyarder İlon Mask “Neuralink” şirkətinin beyin implantını elan edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu implant kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.

“Neuralink” görmə qabiliyyətini bərpa edən “Blindsight” implantı hazırlayır. Hətta kimsə kor doğulsa belə, biz görmə qabiliyyətini bərpa edə biləcəyimizə inanırıq”, – Mask bildirib.

Mask qeyd edib ki, qurğu artıq meymunlar üzərində sınaqdan keçirilir, təcrübələr zamanı heyvanlara heç bir zərər dəyməyib.