Bəşəriyyətin üzləşdiyi ən böyük problem… – Mask

Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, – Mask bildirib.

Qeyd edək ki, Mask bundan öncə demoqrafik problemlər üzündən bütöv xalqların yox ola biləcəyini demişdi. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də təhlükə altındadır.