Maşın idman zalına çırpıldı: gənc sürücü öldü

surucu 44

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına çırpılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.