Bakıda “Maşın bazarı” adlanan ərazidə kütləvi dava olub.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirilib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:
“Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.