Meksikanın Mexiko ştatında yerləşən məbəddə güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə zamanı kilsənin yaxınlığında saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində tikilinin bir hissəsi uçub.
Meksika mətbuatının məlumatına görə, hadisə sentyabrın 5-də “Nuestra Señora de la Luz” bayramı ilə bağlı keçirilən dini mərasimlər zamanı baş verib. Partlayış nəticəsində kilsənin yaxınlığındakı pirotexniki vasitələrin saxlanıldığı otağın damı çöküb.
Son məlumatlara görə, faciə nəticəsində 9 nəfər həyatını itirib, 24 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir. Onlardan bir neçəsi Atlacomulcodakı xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, partlayışa kilsənin yaxınlığında saxlanılan pirotexniki vasitələrin partlaması səbəb olub. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.
Tahir Turan
Globalinfo.az