xFFmmYn72Fq6XuEGF4CtnNM3mByxbRkz8uAOpLJL 1200

Bosniya və Herseqovinada bir neçə bölgədə davam edən meşə yanğınları güclü küləyin təsiri ilə daha geniş əraziyə yayılıb.

Globalinfo.az xəbər verir ki, Bihaç şəhəri yaxınlığındakı Plyeşevitsa dağında bir neçə gündür davam edən yanğın sərhədi keçərək Xorvatiya ərazisinə çatıb.

Vəziyyətlə əlaqədar yanğınsöndürmə əməliyyatlarına Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Hərbi aviasiya Bihaç, Kalesiya, Drvar və Prozor-Rama bölgələrində aparılan işlərə dəstək verir.

Müdafiə naziri Zukan Helezin göstərişi əsasında əməliyyatlara təxminən 30 hərbçi də qoşulub.

Prozor-Rama bölgəsində isə Raduşa dağında başlayan yanğının yaşayış məntəqələri istiqamətində irəlilədiyi bildirilir.

Mostar, Konits, Çaplinya və digər ərazilərdə də meşə yanğınları qeydə alınıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: