“Qalatasaray”ın futbolçuları Viktor Osimhen və Mario Lemina təxminən üç həftə komandadan ayrı qalacaqlar.
Globalinfo.az xəbər verir ki, hər iki futbolçunun əzələsində zədə aşkarlanıb.
Osimhen və Lemina zədələr səbəbindən qarşıdakı oyunlarda İstanbul təmsilçisinə kömək edə bilməyəcəklər.
Qeyd edək ki, futbolçular Superliqanın IV turunda “Başakşehir”lə keçirilən və “Qalatasaray”ın 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada zədələniblər.
Safura Bənnayeva
Globalinfo.az