trampp

ABŞ prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib.

Globalinfo.az xəbər verir ki, o, özünün “Truth Social” səhifəsində Yer kürəsinin peykinin ABŞ-a məxsus olduğunu bəyan edib.

Prezident Ayın şəklini “Ay Bizimdir” başlığı və sonunda Amerika bayrağı ilə paylaşıb.

Daha əvvəl Tramp Ayın bir hissəsinə onun adının veriləcəyinə ümid etdiyini bildirmişdi.

Avqust ayında Amerika lideri kosmik uçuşların sayını 2030-cu ilə qədər 1000-ə çatdırmaq üçün memorandum imzalayıb. Bu açıqlama ABŞ-ın milli borcunun 40 trilyon dolları keçdiyi yeni rekord həddə çatması fonunda verilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: