İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-a qarşı növbəti hücumların daha sərt olacağı barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qalibaf bildirib ki, Vaşinqton artıq İranın “ölçülü cavablar” mərhələsini geridə qoyduğunu anlamalıdır:
“Son əməliyyatlar çərçivəsində ABŞ-a endirilən zərbələr yalnız başlanğıc olub və bundan sonra İranın maraq və təhlükəsizliyinə yönələn istənilən müdaxiləyə daha sürətli və ağır qarşılıq veriləcək.
İndiyədək bunu anlamayıblarsa, gec olmadan bilməlidirlər ki, oyunun qaydaları dəyişib”.
Safura Bənnayeva
Globalinfo.az