Hörmüz boğazında gəmiçilik fəaliyyətinin tamamilə dayandırıldığı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Rezainin sözlərinə görə, strateji su yolunda hərəkət hazırda İranın müəyyən etdiyi qaydalar çərçivəsində məhdudlaşdırılıb.
O, həmçinin ABŞ-ın tətbiq etdiyi blokada fonunda boğazın təhlükəsizliyinə nəzarətin İran üçün prioritet olduğunu bildirib.