Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində keçirilən görüşündə Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da iştirak edib.
Globalinfo.az bildirir ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib.
Qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Əziz Yıldırıma məxsusdur.
Görüşə onun qızı Hande Yıldırım da qatılıb.