Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Globalinfo.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub.

Xallarının sayını 7-yə çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib. “Kimyaçılar” sıfır xalla sonuncu-12-ci sırada qalıb.

Günün ikinci görüşündə “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Xatırladaq ki, turun əvvəlki matçlarında “Qəbələ” “İmişli”ni (2:1), “Şamaxı” “Kəpəz”i (4:1), “Sabah” “Zirə”ni (5:0), “Neftçi” “Şəfa”nı (4:1) məğlub edib.

Paylaş: