ABŞ Prezidenti Donald Trampın xarici görünüşü yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Globalinfo.az xəbər verir ki, Tramp gözlənilmədən ictimaiyyət qarşısına əvvəlkindən nəzərəçarpacaq dərəcədə daha tünd, demək olar ki, şabalıdı rəngdə saçlarla çıxıb.
Bildirilir ki, Tramp yeni görünüşünü sentyabrın 4-ü Nyu-Cersi ştatının Morristaun hava limanında “Air Force One” təyyarəsindən enərkən nümayiş etdirib.
Onun həmişəki qızılı-açıq rəngli saçları bu dəfə nəzərəçarpacaq dərəcədə daha tünd görünüb. Həmçinin, onun saç düzümü də dəyişib.
