Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndə heyətinin Kiyevə təyyarə ilə deyil, qatarla gəlməsinin səbəbi barədə açıqlama verib.
Glibalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna amerikalı nümayəndələrin hava yolu ilə səfəri üçün bütün hazırlıqları görüb, lakin Rusiya onların Kiyevə təyyarə ilə gəlməsinə imkan verməyib:
“Rusiya amerikalı nümayəndə heyətinin təyyarə ilə gəlməsinə icazə vermədi. Halbuki biz hər şeyi hazırlamışdıq və hava limanlarımız fəaliyyət göstərirdi. Onlar qatarla gəldilər”.
Safura Bənnayeva
Globalinfo.az