putin cinpin 900x600 1

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında keçirilən görüşdən sonra “Sibir gücü-2” qaz kəməri ilə bağlı yeni təşəbbüs gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baijiahao” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, danışıqlardan sonra Rusiyanın enerji layihəsi ilə bağlı maraqlı təşəbbüsü ortaya çıxıb. Söhbət “Sibir gücü-2” qaz kəməri adının dəyişdirilib “Baykal gücü” edilməsi ehtimalından gedir:

“Putin və Si Cinpin görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən enerji əməkdaşlığı ilə bağlı mühüm məsələləri müzakirə ediblər.

Rusiya lideri daha sonra Çin Prezidenti ilə görüşünü “məzmunlu və çox səmimi” adlandırıb. Putin iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini də “misli görünməmiş” kimi qiymətləndirib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: