Manatlıq taksilərin “qovma şousu” faciə ilə bitdi

Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb.

Məlumata görə, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin ağır qəza törətməsinə səbəb olub.

İdarəetməni itirərək qarşı yola çıxan taksi başqa bir avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib.