yol qeza

Bakı-Qazax magistral yolunun Göygöl rayonun ərazisindən keçən hissəsində qəza baş verib.

Globalinfo.az APA TV-yə istinadən bildirir ki, Qazax istiqamətdə olan “Renault Megane “markalı minik maşını hərəkətdə olan “Kamaz” markalı avtomobilə arxadan çırpılıb.

Qəzada, 1968-ci il təvəllüdlü Y.Qasımov, 1991-ci il təvəllüdlü Ə.Əliyev və 1967-ci il təvəllüdlü A.Verdiyeva aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü E.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Paylaş: