maduro

Venesuela Prezidenti Nikolas Maduronun vəkillərinin verdiyi məlumata görə, o, normal şəraitdə saxlanılır və narazılığı yoxdur.

Globalinfo.az-ın xəbərinə görə, Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov “Birinci kanal”a açıqlamasında bildirib ki, Maduro sonadək dayanmaq əzmindədir.

“Əldə etdiyimiz məlumatlara əsasən, Prezident Maduronun vəkilləri onun normal şəraitdə saxlanıldığını və şikayətinin olmadığını bildirirlər.

O, Venesuelanın hərbi əsir statuslu prezidenti olduğunu bəyan edib və sona qədər dayanmaq niyyətini bir daha təsdiqləyib”, – səfir vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: