Tviterdə yenilik – Simvolların sayı artırılır

Tviterin rəhbəri İlon Mask sosial şəbəkədə 280 simvol limiti ilə bağlı şad xəbər verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İlon Mask bir tvitə cavab verərkən izləyiciləri ilə paylaşıb.

Belə ki, bundan sonra izləyicilər daha uzun tivitlər yaza biləcək.

Xatırladaq ki, bundan öncə tviter istifadəçiləri 280 simvoldan daha çox mətn yaza bilmirdilər.