Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitinin müdafiə və təhlükəsizlik məsələlərində kollektiv səylərin gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovla görüşündə danışıb.
Belarus prezidenti Azərbaycan və Ermənistan arasındakı proseslərə də münasibət bildirib:
“Ermənistanla Azərbaycan arasında qarşıdurma da bitdi. Biz iki ölkənin gələcəyi barədə düşünməliyik”.
Safura Bənnayeva
Globalinfo.az