Lukaşenko Putinə qarşı: müharibə ilə bağlı yeni oyun başlatdı

Belarus Prezidenti Aleksandr Lukaşenko NATO tərəfindən təhdidlərin artmasından bəhs edərək Ukrayna müharibəsində tərəf olmaqdan qaçmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı ABŞ-nin Müharibə Tədqiqatı İnstitutu yayıb.

Məlumata görə, Lukaşenkonun bu həmləsi NATO-dan çox, Rusiya üçün nəzərdə tutulub:

“Lukaşenkonun NATO aqressiyası uydurmadır. O, Ukrayna müharibəsinə müdaxilədən yayınmaq üçün informasiya mühitinin yaradılmasına çalışır”.

Qeyd edək ki, Belarus xarici işlər naziri Vladimir Makeyin ölümündən sonra Lukaşenkoya Moskvadan Ukrayna ilə bağlı təzyiqlərin artacağı iddiaları ortaya çıxmışdı. Ekspertlər Minskin bu təzyiqlər qarşısında bitərəfliyini qorumaqda çətinlik çəkəcəyini demişdilər.

İlkin
Globalinfo.az