Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.
Bu gün aksiya keçirilən ərazidən 20 maşının manesiz keçməsinə şərait yaradılıb.
***17:30
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Belə ki, sülhməramlılara məxsus 2 təminat avtomobili Laçından Xankəndi istiqamətinə keçib.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 16-ya çatıb.
***14:56
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 14 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Globalinfo.az xəbər verir ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 11-i isə Rusiya sülhməramlılarına məxsusdur.
Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu onu göstərir ki, Laçın yolundakı aksiyaçılar bütün humanitar keçidlərə şərait yaradırlar.