
“Tehran daha müdafiə olunmur”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin generalı Efi Defrin deyib.
“Onlarla təyyarəmiz indi Tehranın üzərində sərbəst şəkildə hərəkət edə bilir”, – deyə Defrin bildirib.
O qeyd edib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı döyüş təyyarələri və dronlar iki saat yarım ərzində heç bir maneə ilə qarşılaşmadan Tehranın üzərində uçublar.
Generalın sözlərinə görə, hücumlarda ümumilikdə 70 təyyarə iştirak edib və onlar 40-dan çox hədəfi, o cümlədən hava hücumundan müdafiə sistemləri və İranın komanda-infrastruktur obyektlərini məhv ediblər.
Aysel Əliyeva
Globalinfo.az