Kurskda fövqəladə vəziyyət rejimi ləğv edildi

Kursk vilayətində regional xarakterli fövqəladə vəziyyət rejimi ləğv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə sərəncam imzalanıb.

Qeyd edilib ki, bu, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə hökumət komissiyasının region ərazisində federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul etməsi ilə əlaqədardır.