Qonşu ölkədə torpaq sürüşməsi: 16 nəfər torpaq altında qaldı, ölənlər var – YENİLƏNİB

Gürcüstanda sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

Məlumata görə, 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

***18:52

Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi baş verib.

Globalinfo.az ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb.

Məlumatda qeyd edilib ki, əraziyə iki xilasedici helikopter göndərilib.