Bu yaxınlarda keçirilən mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas 2026-cı ildə Ukraynaya maliyyələşdirmənin artırılmasına, o cümlədən dondurulan Rusiya aktivlərindən istifadə olunmasına çağırıb.
Globalinfo.az xəbər verir ki, Rusiya XİN sözçüsü MAriya Zaxarova Kallasın bu açıqlamasına cavab verib:
“Yalnız bir canavar Qərbin Ukraynaya yardımını “yaxşı razılaşma” adlandıra bilər. Kallasın səsləndirdiyi fikirlər sadəcə dəhşətdir”, – Zaxarova brifinqdə deyib.
Əliyar Xəlil