Ərdoğan “Krokus” terrorundan danışdı

“Ötən günlərdə Rusiyada baş verən vəhşi aktı hər kəs gördü. Eyni mənzərəni hər gün Türkiyədə də yaratmaq istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara İŞİD-ə göz açmağa imkan vermir.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb.