Kremlin Trampdan gözləntisi nədir?

82603

“Donald Trampın prezident seçkilərində qələbəsi ABŞ-ın Ukrayna böhranına münasibətini dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov vurğulayıb ki, Vaşinqton hər şeyi öz nəzarətində saxlamaq niyyətindədir:

“Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir”.

“Vaşinqtonun Ukrayna, hətta Avropa məsələlərinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir”, – deyə o qeyd edib.