“Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburqa hücumu kimi zərbələrin baş verməməsi üçün tədbirlər görülür”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərin səhər saatlarında dron hücumu ilə bağlı sualına cavabında bunları bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Sankt-Peterburqda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində dağıntılar və yaralananlar var.
Hücumlar Kronştadt, Kirov və Krasnoselski rayonlarındakı obyektlərə yönəlib.
Bundan başqa, gecə saatlarında Leninqrad vilayəti də təxminən 50 Ukrayna dronu ilə hücuma məruz qalıb. Bölgədə “dron təhlükəsi” rejimi qüvvədə qalır.
Əliyar Xəlil
Globalinfo.az