Zelenskinin prezidentliyi tezliklə bitəcək – Sel

Türkiyənin Krımın Dostları Assosiasiyasının sədri Ünver Sel Ukrayna lideri Vladimir Zelenskinin prezidentlik müddətinin başa çatdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“ABŞ NATO-nun köməyi ilə Zelenskiyə və komandasına boş bir ümid verdi və onları inandırdı. Lakin biz Zelenskiyə ayrılan vaxtın sonuna yaxınlaşırıq”, – Ünver Sel bildirib.

Onun fikrincə, Ukrayna lideri Rusiyaya düşmən münasibət bəsləməməli idi.

“Bundan əvvəl Türkiyə Ukraynanı Krımı unutmağa çağırmışdı. Ukrayna hakimiyyəti yarımadanı həmişəlik unutmalı və onun mümkün qayıdışı ilə bağlı gözləntilərindən əl çəkməlidir”, – Ü.Sel qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az