rober kocaryan 1

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ölkəmizdə “Rusiya casusu” statusuna malik şəxs olduğunu düşünürəm”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, bunun şəxsi fikri olduğunu vurğulayıb:

“Mən siyasətçiyəm və məsələlərə münasibət bildirməkdə azadam. Köçəryan sadəcə Moskvanın maraqlarını güdən və bu istiqamətdə xidmət göstərən bir siyasətçidir. Onun etdiyi hərəkətləri və siyasi bəyanatlarını görürəm. Nəticədə barəsində belə qənaətə gəlmişəm”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: