Kiyevə raket hücumu: 53 nəfər yaralandı – YENİLƏNİB

Rusiya hərbçilərinin Kiyevə raket hücumu nəticəsində yaralananların sayı 53-ə çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb.

Qeyd olunub ki, onlardan 20-si xəstəxanaya yerləşdirilib.

33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstərib.

***09:00

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumunun dəf edilməsi zamanı 45 dinc sakin yaralanıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfər yerindəcə tibbi yardım göstərilib.

Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb.

Qeyd edək ki, teleqramdakı monitorinq kanalları Rusiyanın Kiyevə “Iskander” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.