***
Ukraynanın paytaxtı Kiyev ətrafındakı mərkəzi “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həlak olub.
Onun bazarda ticarətlə məşğul olduğu bildirilir.
“Report”un məlumatna görə, hücumlar zamanı həmçinin 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərov da həyatını itirib.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.
Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.