Türkiyədən kilsəyə hücumla bağlı yeni açıqlama – Rusiya…

İstanbulda “Santa Maria” kilsəsində baş verən hücumdan sonra saxlanılan 25 nəfər həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Həbs olunanlar arasında Rusiya vətəndaşı da var. Onların İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir.

Məsələ ilə bağlı saxlanılan daha 9 nəfər isə sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbulda kilsəyə silahlı hücum yanvarın 28-i səhər saatlarında baş verib. İki nəfər maskalı şəxs kilsədə dua mərasimi zamanı atəş açıb. Nəticədə 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub. İŞİD terror təşkilatı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.