Ukrayna NATO ilə bağlı mühüm qərar verdi: Müharibə bitir?

16 avqustda Ukraynada NATO Şurası yaradılacaq. Diqqətçəkən məqam şuranın nizamnaməsinə əsasən, Ukrayna təhlükəsizliyi ilə bağlı üzv dövlətlərə müraciət edə bilər. Bu isə NATO dövlətlərinə daha açıq şəkildə müharibəyə qoşulmaq, habelə Kiyevə yardım etmək hüququ tanıyacaq.

Maraqlıdır, Ukraynada NATO Şurası yaradılması Rusiyanın gözünü qorxudacaq? Bu müharibənin gedişinə təsir edəcək, yoxsa Moskva daha aqressivləşək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Ukraynada NATO Şurasının yaradılması müharibənin daha da uzanacağı və gərginləşəcəyindən xəbər verir:

Turab Rzayev

“Qərb get-gedə öz ritorikasını dəyişir. Misal üçün, bundan öncə Ukraynaya daha modern və yeni nəsil texnologiya, silahlar verildi. Bundan başqa hava hücumundan müdafiə qurğuları tanklar verən Qərb bununla dəstəyini açıq şəkildə bildirir.

Mümkündür ki, bu dəstək bundan sonra da davam edəcək. Yeri gəlmişkən, Ukraynaya F-16-ların verilməsi də hazırda gündəmdədir. Hesab edirəm Qərbin Ukraynaya dəstəyini artırmasının iki səbəbi var.

Birincisi, Ukraynaya lazımi dəstəyi verərək Kiyevin Rusiya üzərində qələbə qazanmasını təmin etmək.

İkincisi, bu dəstək fonunda Rusiyanın gözünü qorxudaraq Kiyevin lehinə daha sərfəli şərtlər ilə sülh sazişinin imzalanmasına nail olmaq.

Hər iki halda da Qərb Kiyevin qələbə qazanmasını istəyir. Çünki Ukraynanın başaltdığı əks-hücum əməliyyatı istənilən kimi effetiv olmadı. Hazırda bunu kompensasiya etməyə çalışırlar”.

Turan Rzayev
Globalinfo.az