abs 1

ABŞ administrasiyası Kubada hakimiyyətə təzyiqi artırmaq məqsədilə adada kəşfiyyat fəaliyyətini genişləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, Vaşinqton neft blokadası və ölkədə dərinləşən enerji böhranı fonunda Kubada kəşfiyyat mövcudluğunu gücləndirir.

Bildirilir ki, ABŞ administrasiyası ilin sonunadək Havana rəhbərliyində siyasi dəyişikliklərin baş verməsinə ümid edir.

Məlumata əsasən, hazırda ABŞ-ın Kubaya qarşı konkret hərbi əməliyyat planı yoxdur. Bununla belə, ekspertlər hesab edirlər ki, artan kəşfiyyat fəaliyyəti gələcəkdə müxtəlif təzyiq və təsir ssenarilərinin həyata keçirilməsi üçün zəmin yarada bilər.

“Politico” yazır ki, Kuba rəhbərliyi də mümkün riskləri nəzərə alaraq artıq müdafiə hazırlıqlarını gücləndirməyə başlayıb. Mənbələrin sözlərinə görə, Havana mümkün xarici müdaxilə və ya təzyiq cəhdlərinə qarşı təhlükəsizlik tədbirlərini genişləndirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: