Qutsulla bağlı qərar verildi – 30 gün…

qustul

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun həbs müddəti daha 30 gün uzadılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

“Həbs müddəti iyunun 13-dək uzadılıb”, – deyə bildirilib.

Qeyd edək ki, Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb.

O, Qaqauziya rəhbəri vəzifəsinə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə, sənədləri saxtalaşdırmaqda, habelə seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı bəyannamə və hesabatları saxtalaşdırmaqda ittiham olunub.

Aprelin 9-da Kişinyov rayon məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

Əliyar Xəlil
Globalinfo.az