Veldkamp da Azərbaycan sərhədinə gəldi – FOTO

Gl3lHI4W0AAsGha

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan sərhədinə gəliblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə XİN başçısı X hesabındakı paylaşımında bildirib.

Veldkamp Avropa İttifaqının Monitorinq Missiyasının üzvləri ilə görüşüb. Missiyanın müşayiəti ilə sərhədə gəlib və burada monitorinq prosesində iştirak edib.

Qeyd edək ki, Niderlandın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Ermənistana səfər edib. Veldkamp Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Gl3lHI5XQAEAJcy

Əliyar Xəlil
Globalinfo.az