Papikyan İran generalının Qarabağ təklifini rədd edib – İddia

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri sentyabrın 19-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Ermənistanın müdafiə nazirini də Tehrana dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində məlumat yayılıb.

İddia olunur ki, Baqiri Şoyqu və Ermənistan müdafiə naziri Suren Papikyanla Qarabağdakı son vəziyyətlə bağlı üçtərəli görüş keçirmək istədiyini bildirib, lakin İrəvan bu dəvəti iki dəfə rədd edib.

Qeyd edək ki, sentyabrın 19-da Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu yüksək rütbəli hərbi nümayəndə heyəti ilə İrana səfər edib.

Ayşən Mustafa
Globalinfo.az