11 yaşlı uşağın axtarışı davam edir – VİDEO

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Kanalda batması ehtimal olunan uşağın axtarışına 75 nəfərlik şəxsi heyət, 13 texnika, xüsusi təlim görmüş 2 it cəlb olunub - VİDEO

Kanalda batması ehtimal olunan uşağın axtarışına 75 nəfərlik şəxsi heyət, 13 texnika, xüsusi təlim görmüş 2 it cəlb olunub - VİDEO Kanalda batması ehtimal olunan uşağın axtarışına 75 nəfərlik şəxsi heyət, 13 texnika, xüsusi təlim görmüş 2 it cəlb olunub - VİDEO