Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçib.
*** 15:20
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
***14:57
İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərə gəlir.
Globalinfo.az bildirir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti xəbər verir.