Türkiyə Elmlər Akademiyasının üzvü, Yer elmləri üzrə geoloq, professor Naci Görür FOX TV-yə açıqlamasında diqqətçəkən açıqlamalar verib.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 3-də Osmaniyedə baş verən 4,2 bal gücündə zəlzələdən sonra Kahramanmaraşda baş verən güclü zəlzələyə görə narahatlığını dilə gətirən Dr. Naci Görür Mərmərə bölgəsi ilə də bağlı xəbərdarlıq edib.
Naci Görür İstanbul üçün də çox ciddi təhlükənin olduğunu vurğulayıb:
“Araşdırmalara görə İstanbuldakı binaların yüzdə 75-i zəlzələyə tab gətirməyəcək. 400 mindən çox insanın həyatı təhlükə altındadır”.
“Elə düşünürsünüz ki, İstanbuldakı binalar bundan yaxşıdır? İstanbulu zəlzələyə hazırlamalıyıq. O, zəlzələyə hazır deyil. Bir an əvvəl bu hazırlıqları görməliyik. Artıq son mərhələlərdəyik. 2029-cu ilə qədər hər an baş vermək şərtilə yüzdə 62 faiz zəlzələ olma ehtimalı var”, – N. Görür qeyd edib.