
İranın raket hücumu nəticəsində İsrailin Vayzman Elmi İnstitutu 600 milyon dollar dəyərində zərər görüb.
Globalinfo.az xəbər verir ki, bu barədə institut rəsmi açıqlama yayıb.
Bildirilir ki, 112 bina – o cümlədən 60 laboratoriya binası və 52 yaşayış binası hücum zamanı tamamilə dağılıb.
Bundan əlavə, 52 tədqiqat laboratoriyası və 6 xidmət laboratoriyası da məhv edilib. Bu dağıntılar nəticəsində institutun fəaliyyətinin 20-25 faizi tamamilə dayanıb.
Vayzman İnstitutu bildirib ki, binalara və avadanlıqlara dəyən birbaşa maddi zərər (araşdırma məlumatlarının itirilməsi və laboratoriyaların icarə haqları istisna olmaqla) 440 milyon dollardan 600 milyon dollara qədər qiymətləndirilir.
Aysel Əliyeva
Globalinfo.az