
İyunun 13-də İsrailin İrana hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“General Xosrov Həsəni – həftəsonu İsrailin hücumu zamanı həlak olub”, – məlumatda deyilir.
Həsəni ilə birlikdə İran Silahlı Qüvvələrinin keçmiş baş komandanı Əmir-Əli Hacızadə də ölüb.