63e2aa319eb6563e2aa319eb66167579908963e2aa319eb6363e2aa319eb64

İsrailin Müdafiə Qüvvələrinin (IDF) tibbi yardım heyəti Türkiyəyə gəlir.

Globalinfo.az xəbər verir ki, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də səhər tibb heyəti Türkiyənin cənubunda humanitar yardım səylərinə qoşulmaq üçün yola düşəcək. “Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra xəstəxanası yaradacaq və tibbi yardım göstərəcək”, XİN bildirib.

Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi bu səhər Türkiyəyə gəlib.

63e2aa31aaebf63e2aa31aaec0167579908963e2aa31aaebc63e2aa31aaebd 63e2aa318dece63e2aa318decf167579908963e2aa318decc63e2aa318decd

Paylaş: